"Bu kontekstdə Azərbaycan mühüm rol oynayır" - Karen Donfrid

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya tədarükündən asılılığını azaltmağa kömək edəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

"Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin leyhinə çıxış edirdik. Və biz görürük ki, Rusiyadan həddindən artıq asılı olan bütün ölkələr başqa [təchizat] mənbələri axtarırlar. Və bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Və düşünürəm ki, o, çox mühüm rol oynamağa davam edəcək", - deyə o bildirib.

"Avropanın Rusiyadan tədarükdən uzaqlaşdıqca onun Azərbaycandan neft və qaz tədarükünün həcminin artdığını müşahidə etdik", - deyə K.Donfrid qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31