Deputat parlamenti Senatın qətnaməsi ilə bağlı bəyanat verməyə çağırdı
16 Noyabr 2022 11:43 Siyasət"Fransa Senatının qəbul etdiyi qərarla bağlı həmkarlarım fikirlərini bölüşdülər. Təklif edirəm ki, Milli Məclisin işçi qrupu yaradılsın və Senatın məlum qətnaməsinə cavab olaraq bəyanat qəbul edilsin". "Olaylar" xəbər verir ki, bu təkliflər Milli Məclisin iclasında çıxışı zamanı Vahid Əhmədov çıxış edib. Deputat bildirib ki, Milli Məclis məlum qətnamə ilə bağlı rəsmi mövqeyini ifadə etməlidir.
Spiker Sahibə Qafarova isə deyib ki, sabah keçirilən iclasda bu məsələyə baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31