Fransa Senatının qətnaməsinin heç bir hüquqi əsası yoxdur - ÖZƏL

Noyabrın 15-i Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində 295 nəfər qətnamənin lehinə, 1 nəfər isə əleyhinə səs verib. Fransalı deputatlar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini və Ermənistanın silahlandırılmasını müzakirə edərkən, petisiyada imzaların sayı 128 mini keçib. Amma fransızlar üçün bu səslərin heç bir mənası olmayıb. Azərbaycan xalqının yaratdığı petisiyanın 128 000-dən çox səs toplamağına baxmayaraq, ermənilərin topladığı 1 700 imza fransızların diqqətini cəlb edə bilib.

Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, bu fakt Fransa hökümətinin ədalətdən uzaq olduğunu, ikili standartlarla qərar verdiyini bir daha sübut edir: "Fransa Senatının qəbul etdiyi qətnamənin heç bir  hüquqi əsası yoxdur. Əvvala Senat belə bir sənəd qəbul etməyə səlahiyyətli deyil, ikincisi  Senatın qəbul etdiyi qərarın yuristiskası xarici ölkələrə şamil edilə bilməz. Buna baxmayaraq Senatın  belə bir sənəd qəbul etməsi siyasi xarakter daşıyır.  Senatın 295 deputatının sənədin lehinə  səs verməsi deməyə əsas verir ki, qətnamə Fransa hökumətinin xeyir-duası ilə qəbul edilib. Odur ki, vasitəçilik mandatını itirən Fransa Senatı tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər".
Hüquqşünas əlavə edib ki, qətnamənin siyasi xarakter daşıması  Azərbaycanın doplomatik fəaliyyətinin gücləndirilməsi zərirətini ortaya çıxarır: "Çox təəssüf ki, Azərbaycan əlehinə qəbul ediləcək qətnamənin elan edildiyi 3 oktyabr tarixindən bu günə kimi Xarici İşlər Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Fransadakı Azərbaycan səfirliyi, Milli Məclisin Beynəıxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu heç bir diplomatik fəaliyyətdə bulunmadı. Nəticədə Fransa Senatı ölkəmizə təzyiq vasitəsi olan qətnamə qəbul etdi. Belə analoji sənədlərin digər dövlətlər və yaxud beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsinin qarşısını almaq məqsədilə diplomatik fəaliyyətimiz gücləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31