Hay kilsəsinin daşnak terrorçusunun etirafları…
28 Oktyabr 2022 13:43 Siyasətəvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/siyaset/475229
Mürtəce təmayyüllü, dinsiz hay kilsəsinin Beyrut şəhərində yuva quran, Aralıq dənizi hövzəsi üzrə baş keşişi, əvvəllər Suriya, İran, körfəz Ərəb dövlətləri, Yunanıstan, ABŞ, Kanada və Kiprdə "təcrübə" toplamış, bu ilin sentyabr ayının əvvəlində AFR-nın Karlsrue şəhərində keçirilən Dünya Kilsələri Məclisinin 11-ci Assambleyasında Şərqi Pravoslav kilsələri Şurasının sədri seçilmiş I Aram (Bedros Keşişyan, 1948) Türk-Müsəlman dünyasına qarşı nifrəti timsalında demişdir:
-Artsax xalqına qarşı erməni xalqı laqeyd və susqun qala bilməz. Biz Artsax xalqına deyəcəyik ki, sizinləyik. Sülh, müstəqillik və ədalət Allah tərəfindən verilən dəyər və hüquqdur. Ermənistan və Artsax birgə mübarizə nümayiş etdirirək xalqın istəyinə uyğun azad yaşamaq, sülh şəraitində ömür sürmək istəyini geopolitik şəraitə dəyişməyəcək.
İmansız hay keşişlərinin təhriki və xeyirsiz bədduaları ilə keçən əsrin 80-ci illərindən başlayaraq açıq şəkildə Azərbaycan xalqına qarşı milli-mənəvi faciələr və maddi itkilər yaşadan faşist siqlətli hay-daşnak quldurları sırasında öncüllərdən olan R.S.Köçəryanın 2019-cu ildə yazdığı "Həyat və azadlıq" kitabında da etiraf etdiyi kimi-"bu intiqam erməni ruhunun diri qalması üşün aparılmışdır"-iblis niyyətlərinin səngiməsi və ya insani hisslərlə əvəzlənməsi mümkün deyildir. Dünyanın coğrafi şəbəkəsini çayır alağı kimi bürümüş hay sürüsünün bu düşmənçiliyi nəinki Azərbaycan xalqına və dövlətçiliyinə, həm də bütün Türk-Müsəlman dünyasına qarşı yönəlmişdir, bu baxımdan çap edilən kitab da eyni ruhda və eyni niyyətlə .
Nəşrin I hissəsinin IV fəsli-"Dəyişilmə dövrü"nün məzmunu göstərir ki, ibtidai insan-hay sürüsünün cəngəllik instinktinə uyğun həyat tərzi və şüurunun dəyişilməsinə hətta dünya miqyaslı filosof-yazıçıların (guya fransalı filosoflardan A.Frans, J.O.Lamerti, J.J.Russo, ingilis filosof-yazıçı F.Bekon, alman filosoflar G.V.Fridrix-Hegel, İ.Kant, F.Nitşe, hətta italiyalı rəssam A.Mantenya (?)...və başqalarının kitablarını "birnəfəsə" oxuyub) əsərlərinin ideya-məzmun mücadiləsi də təsirgöstərmə-dəyişmə qüvvəsində deyil. Yalan da olsa, çünki, daşnak R.Köçəryan bu fəsildə etiraf edir ki, tələbəlik illərində (1977-1980) bu müəlliflərin əsərlərini "acgözlüklə, yüksək həvəslə oxuyurdum, fəlsəfi əsərlər mənim şəxsiyyətimə böyük təsir etmişdir".
Həyasız hay olduğundan nə deyəsən...
Heyhat...amma, sonrakı həyatı göstərmişdir ki, heyif o ədiblərə ki, onları cani-quldur hay nəsnəsi "oxuyub", onların adını "iftixarla çəkir"-özünü bəzəmək üçün çəkir, hay xislətini gizlətmək üçün...
Əslində, bu dövrdə bütün hay mənşəli gənclərin düşüncəsinə hakim kəsilən mənfur-xəstə amal mənfur hay kilsəsinin Türk-Müsəlman xalqlarına qarşı nifrəti-dinsiz təbliğatı, eləcə də bu daşnakın etiraf etdiyi kimi I-II Dünya müharibələrinin iştirakçısı olmuş, İrəvan şəhərində yaşayan, atasının dayısı, zabit Karapetyan, Xankəndi şəhərində çıxan "Sovet Qarabağı" qəzetində işləyən böyük qardaşı V.Köçəryan...kimilərin "yol göstərmələri"nin nəticəsində (əvvəlki yüzilliklərdə olduğu kimi) formalaşmışdır.
"Həyat və azadlıq" kitabının V fəslinin ("Azadlıq hərəkatının başlanması") məzmunu təsdiq edir ki, ümummilli hay etnogenetik təxəyyülünün, yalan, hiylə, xəyanət, həyasızlıq...kimi təmələ-bazısə söykək mənəvi dünyadərkinin, morfobiloji-fizioloji əql yükünün-tutumunun (Türk-Müsəlman dünyasına qarşı əzəli-dəyişilməz nifrəti) formalaşması genetik qan-irs keçiriciliyi modelinə uyğunlaşmış, dəyişilməzdir. Belə ki,1987-ci ilin payızında keçmiş DQMV-də baş verən terrorçu-seperatçı hərəkatın yaranmasına səbəb kimi bu bölgədə yaşayan hayların hüquqlarının pozulması, onlara qarşı demoqrafik təzyiqlərin artması-etnik təmizləmə keçirilməsi, irqi-milli ayrı-seçkiliyə qarşı narazılıqların əsas olması, iqtisadi gerilik...amillərini yürüdən hay kilsə və daşnak tör-töküntüləri, eləcə də onların SSRİ rəhbərliyi timsalında formalaşan havadarları ilk növbədə Azərbaycan dövlətinin ərazi bütövlüyünün nəyin bahasına olursa-olsun parçalamaq naminə etdiklərini pərdələmək əzmi olmuşdur.
Haşiyə. Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə ləğv edilmiş Dağlıq Qarabağ vilayətində guya respublika səviyyəsində hay sürüsünə qarşı yürüdülən irqi ayrı-seçkiliyi və demoqrafik təsirləri ifşa edən, bu iddiaların əsassızlığını, "Qarabağ" hərakatının faşist mahiyyətini 1926-1989-cu iilər ərzində Ümumittifaq miqyasda keçirilmiş əhalinin siyahıyaalınmasına dair rəsmi statistik məlumatlar açıq-aydın göstərir.Qarabağın dağlıq hissəsində hayların sayı 1926-cı ildə 111 694 nəfər (ümumi əhali sayının 89,2%-i), 1939-cu ildə 132 800 nəfər (88,4%), 1959-cu ildə 110 053 nəfər (84,4%), 1979-cu ildə 123 076 nəfər (75,9%), 1989-cu ildə 145 450 nəfər (76,9%) olmuşdur. Bir faktı da qeyd etmək vacibdir ki, 07 iyul 1923-cü ildə yaradılarkən vilayətin sahəsi 4161 kv.km nəzərdə tutlsa da, sonradan bu rəqəm və sahə 4,4 min kv.km-ə çatdırılıb.
Kitabın bu hissəsi və fəslində də hay sürüsü tərəfindən irəli sürülən səbəblər isə bir-birini təkzib edir.
1988-ci ilin fevral ayının 27-28-də Sumqayıt şəhərində hay-daşnak quldurlarının törətdiyi qırğınları həyasızcasına Azərbaycan xalqının ünvanına yönləndirən haylar, iddia edirlər ki, yalnız bu qanlı olaylardan sonra Qarabağda etirazlar yaranmış, qarşıdurmalara təkan vermiş, nəticədə milli-etnik düşmənçiliyə çevrilmişdir. Bu uydurmalar da elə R.Köçəryanın fikri ilə təkzib edilir. Qatı daşnak-hay bildirir ki, İpək kombinatının ilk partiya təşkilatının katibi işləyərkən (1987-1989-cu illərdə) "Qarabağ" hərəkatının güc mərkəzi kimi bu müəssisədə Sosialist Əməyi Qəhrəmanları, SSRİ Ali Sovetinin deputatları, Vilayət Partiya Komitəsinin büro üzvləri...yaxından iştirak etmiş, hələ 1987-ci ilin payızında SSRİ mərkəzi hakimiyyətinə rəsmi-imzalı müraciətlər göndərilmiş (tarixi, milli, mədəni...keçmişə aid məlumatlar-xəritələr əlavə edilməklə, hətta xatırlanır ki, Rusiya imperiyası dövründə Qarabağ ərazisi Elizavetpol (Gəncə), müasir "Ermənistan" isə İrəvan quberniyasının tərkibində olmuşdur), nümayəndə heyəti Mərkəzi Komitədə görüşlər (01.12.1987-ci il, yanvar-1988-ci il) keçirmişlər.
II hissənin V fəslində həmin dövrdə Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı hay kilsəsi və ibtidai insan sürüsü tərəfindən həyata keçirilən seperatçı-terrorçu əməllərinə haqq qazandırmaq üçün irəli sürdükləri əsassız iddialar aşağıdakı kimi ifadə olunmuşdur-guya:
-respublika miqyasında Dağlıq Qarabağa diqqətin zəif olması;
-hay kütləsinin maraqları nəzərə alınmaması və sıxışdırılması;
-muxtariyyət hüququ respublika mərkəzi hakimiyyətin təzyiqlərinin qarşısının alınmasına yararlı olmaması;
-vilayətdə etnik təmizlənmə siyasətinin güclənməsi;
-hay dilində danışmaq uğrunda mübarizənin genişlənməsi;
-Azərbaycan tarixçiləri tərəfindən hay kilsələrinin Alban məbədləri kimi qiymətləndirilməsi;
-1920-ci ildən sonra hay kilsələrinin bağlanması, amma Ağdam şəhərində Cümə məscidinin fəaliyyət göstərməsi;
-hay sürüsünün Qarabağa sahib olması, amma Azərbaycanda özünü yad hiss etməsi;
-Dağlıq Qarabağ iqtisadiyyatının Azərbaycan SSR-dən daha çox "Ermənistan SSR"-lə bağlılığı;
Sonuncu həyasız uydurmaya qarşı 1987-ci ilin rəsmi statistik məlumatının təkzibinə görə "Ermənistan SSR"-in iqtisadi-xarici ticari dövriyyəsində DQMV-nin payı 1% təşkil etmiş, Azərbaycan SSR üzrə istehsal edilən ipək məhsulunun 25%-i vilayətin payına düşmüşdür.
Dinsiz, mürtəce hay kilsəsinin bu məzmunda irəli sürdüyü saxta, hiyləgər uydurmalarına qarşı aşağıdakı faktlar da təkzibolunmaz göstəricilərdir:
-1989-cu il məlumatına görə DQMV-də 52 sənaye müəssisəsi fəaliyyət göstərdiyi halda, qonşu Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında cəmi 39 cənaye müəssisəsi olmuşdur. Və yaxud, 1970-ci ildə vilayət üzrə 54 min ton üzüm məhsulu dövlətə təhvil verilmişdirsə, 1980-1985-ci illərdə bu rəqəm 130 min tona çatmışdır (respublika göstəricisinin 10%-i).
Məhz bu cür qızıl-qırmızı yalanları, uydurmaları ilə həm də beynəlxalq miqyasda təbliğat sistemini gücləndirən hay kilsəsinin və toplumunun dağıdıcı layihəsi olmuş "Qarabağ hərəkatı" qüvvələri sırasında bu bölgədən olan bir sıra faşist daşnaklar-Z.A.Balayanın, B.A.Ulubabyanın, İ.M.Muradyanın... adları çəkilir, A.Karapetyanın xüsusi fəallığı vurğulanır.
Haşiyə. "Qarabağ hərakatı"nın ("Qarabağ" komitəsi adı ilə) rəsmi yaranma təməli 28 fevral 1988-ci ildə İrəvan şəhərində Yazıçılar İttifaqında qoyulmuşdur (İ.Muradyan, V.Manukyan,A.Manuçaryan, A.Qalstyan, Q.Safaryan, A.Karapetyan tərəfindən).
Qatı faşist-daşnak Z.A.Balayan Xankəndində doğulsa da (1935) əsil hay xislətinə uyğun nankorluğu və xəyanəti ilə seçilmiş, seperatçı "Qarabağ" hərakatının öncüllərindən olub. 1963-cü ildə Ryazan Dövlət Tibb universitetinin məzun olan bu canlı 03 iyul 1994-cü il tarixdə Bakı şəhərinin "28 may"-"Gənclik" metroctansiyaları arasında "Sadval" terror təşkilatının üzvü A.Abbasov tərəfindən törədilən (13 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır) amansız partlayışın əsas təşkilatçısı kimi 1999-cu ildən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən "Xüsusilə təhlükəli beynəlxalq cani" adlandırılmış və İnterpol xətti ilə axtarışa verilmişdir.
1949-1967-cu illərdə Azərbaycan SSR Yazıçılar İttifaqının vilayət şöbəsinin rəhbəri olmuş B.Ulubabyan (1925-2001, Xocavənd rayonu, Muşkənd kəndində doğulub) Qarabağın dağlıq hissəsinin hay sürüsünə aid saxta tarixinin və qondarma mədəni irsinin fəal, yorulmaz təbliğatçısı, 1965-ci ilin iyun ayında SSRİ ali rəhbərliyinə DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı ünvanlanmış müraciəti imzalamış 13-lüyün üzvü, 1988-1991-ci illərdə İrəvan şəhərində keçirilən nümayişlərin təşkilatçılarından olmuşdur.
İ.M.Muradyan (1957), Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı institutunun məzunu kimi faşist təmayüllü "Qarabağ" hərakatının və "Milli təhlükəsizlik" partiyasının lideri kimi yeni mərhələdə hay-daşnak siyasətinin, eləcə də Türkiyə Cumhuriyyətinə qarşı ABŞ və Qərbi Avropada beynəlxalq əkstəbliğat müəlliflərindən biridir.
A.M.Karapetyan 1958-ci ildə Xankəndi şəhərində doğulub, İrəvan şəhərində Zoobaytarlıq institutunu bitirib. 1975-ci ildən bu hərəkata qoşulub. 1990-1992-ci illərdə Qarabağın dağlıq hissəsində seperatçı-terrorçu silahlı birləşmələrin komandanı olub-"polkovnik" rütbəsində. Hələ orta məktəbdə oxuyarkən məktəb yoldaşları ilə birlikdə gizli qruplar, dərnəklər halında faşist-daşnak ideologiyasının daşıyıcısı və təbliğatçısı olmuşdur.
R.S. XIX əsrin I yarısında Osmanlı Türkiyəsinin Muş vilayətindən sürülən hayların məskunlası nəticəsində yaranan Muşkənd kəndini hay kilsəsi-"Muşkapat" adlandırır.
(ardı var)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi