Qərəzli qətnamə, yoxsa Azərbaycana qarşı təzyiq vasitəsi?
Yaqub Mahmudov: “Avropanın mənim ölkəmin haqqını tapdalamasına ixtiyarı yoxdur”
26 İyun 2013 12:51 SiyasətAvropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ölkə ictimaiyyəti tərəfindən sərt reaksiyaya məruz qalıb. Qətnamənin qərəzli xarakter daşıdığını önə çəkən içtimaiyyət onu Azərbaycana qarşı təzyiq vasitəsi kimi qiymətləndirir. Artıq Azərbaycan parlamenti sözügüdən qətnamə ilə əlaqədar etiraz bəyənatı qəbul edib. Ancaq Azərbaycana qarşı belə təxribat xarakterli sənədlərin mütəmadi olaraq qəbul edildiyini nəzərə alsaq, belə qərarların bundan sonra da gözlənildiyi anlamına gəlmiş olarıq. Millət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycanın geosiyasi vəziyyəti, dünya dövlətlərinin Azərbaycana marağı, bu maraqlar altındakı məkirli niyyətlər ölkəmizə qarşı mütəmadi olaraq qərəzli qərarların qəbulu ilə nəticələnir. Nə qədər ağrılı olsa da belə məkrli niyyətlər iki formada həyata keçirilir: "Bir tərəfdən dinimizə, dilimizə, mədəniyətimizə, tariximizə böyük hücumlar, digər tərəfdən isə açıq formada siyasi qərarlarla vaxtaşrı Azərbaycana qarşı təzyiqlər edilir. Bu gün ən diqqətçəkən məsələlərdən biri odur ki, bizim Şah İsmayıl Xətai divana çəkilir. 16-cı əsrdə Amerikada kotanın nə olduğunu bilməyəndə Azərbaycan dövlətçiliyi ilə qürur duyurdu. İndi Azərbaycan Demokratik Cümhuriyyətinin liderlərində qüsur və nöqsanlar axtarılır. Bunların hamısı bizim tariximizə qarşı olan hücumlardır. Azərbaycana qarşı olan siyasi təpkilərdən biri məhz Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamədir". Millət vəkilinin sözlərinə görə, bu qətnaməyə zahiri baxanda belə görünə bilər ki, Avropa Parlamentinin 32 nəfər üzvünün Azərbaycan insanına ürəyi yanıb, Azərbaycan insanı haqqında düşünüb, bu düşüncələrin məhsulu olaraq belə bir qərar meydana gəlib: "Doğrudanmı onların qəlbində Azərbaycan insanının sevgisi var? Bu qərarın əks tərəfinə fikir verdikdə məlum olur ki, necə illərdən bəri bir miyon qaçqın haqqında Avropanın bir dənə də olsun düşüncəsi yoxdur. Belə halda haradan onlar birdən-birə belə sevgi sahibi oldular? Çox maraqlı cəhətlərdən biri odur ki, iki yaşlı anasının qucağında qaçqın-köçkün həyatı yaşayan və ömrünə qaçqınlıq talehi yazılan insanlar indi 22-25 yaşında qələm sahibidir, jurnalistdir. Lakin onlar da uyur AP-nın bu qərarına. Bunu necə qəbul etmək olar, axı sənin taleyinə qaçqınlıq, köçkünlük həyatı yazan, buna rəvac verən dövlətlər elə bunlardır. Biz demokratiyadan danışan ölkələrin qısa tarixinə fikir verək. Fransa- demokratiyanın mərkəzi. Orada hansı prezident yenidən seçilmirsə dərhal üzərində cinayət işi qaldırılır. Belə məsələlər qanunların aliliyi prinsipində həll olunmalıdır. Belə halda hansı haqla bizə irad tutrlar? Avropa və beynəlxalq təşkilatlar adam öldürüb, cinayət törədib həbsxanada yatanlar üçün ağ pastel tələb edirlər, 20 il qaçqın həyatı yaşayan, evindən-eşiyindən didərgin düşən insanların biri haqda düşünmürlər. Bax, təzad budur. Çünki, bu haqda düşünsələr orada demokratiya, insan haqları, digər tərəfdə isə məkr və niyyət var. Təkcə bu fakt deməyə əsas verir ki, sözügedən qətnamədə Azərbaycana qarşı təzyiq elementləri var. Əslində isə özünü demokratiyanın çarçısı kimi təqdim etmək demokratiya bayrağı altında mürtəce ideyalara bərabərdir". Onun sözlərinə görə, Avropanın bu siyasəti yeni deyil. Hələ yüz il bundan əvvəl-1913-cü ildə Balkanda müsəlmanlara qarşı bəhşilik törədildi, Əhməd bəy bununla əlaqədar bir məqalə yazdı: "Balkan vəhşiliyi və Rus mətbuatı" adlanan bu məqalədə yazırdı ki, bizim hamımızın ehtiyac duyduğumuz insan haqları, demokratiya, humanizm Balkan hadisələrindən sonra mahiyyətini dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarlarını dolduran üzü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş". Yüz il bundan əvvəl yazılmış bu söz bu gün də aktualdır. Əgər Avropa Parlamentinin bu üzvlərinin Azərbaycan insanı haqqında humanizm düşüncələri səmimidirsə, niyə dövlətimizin pozulan hüququ, itirilən 20 faiz torpağı barədə düşünülmür?
Millət vəkili, tarixçi alım Yaqub Mahmudovun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir. Heç kimin haqqına yazılmayıb ki, nə Avropada, nə də Amerikada bir qrup insan Azərbaycanın daxili işlərinə qarışsın, onu müzakirə mövzusu etsin və Azərbaycanın içərisində qarışıqlıq salmaqdan ötrü bundan istifadə etsin: "Bu qətnamənin qəbul edilməsində məqsəd ondan ibarətdir ki, Azərbaycan prezident seçkiləri ərəfəsindədəir və Azərbaycanın içərisində qarışıqlıq salmaq lazımdır. Qətnamə Avropa Parlamentinin 32 deputatının fikri yox, qurumun qərarı hesab edilməlidir. Bu qətnamə Azərbaycana qarşı həm də siyasi təsir vasitəsidir. Çünki Avropa Parlamentinin heç bir haqqı yoxdur ki, Azərbaycana qarşı belə bir qətnamə qəbul etsin. Əgər belə bir qətnamə qəbul edilibsə, deməli Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edilib. Əslində qətnamənin qəbul edilməsi Azərbaycana qarşı qərəzli münasibətdir. Bu baxımdan, Azərbaycan tərəfi Avropa Parlamentinin qətnaməsinə çox sərt şəkildə reaksiya verməlidir". Millət vəkilinin fikrincə, Avropanın diqqətə çatdırılmalıdır ki, bu ölkələrin parlamentləri Azərbaycandakı bir milyon qaçqınla əlaqədar hansı qətnamənin icra olunmasına təkid edib, nə kimi tutarlı tədbir görüb? Xocalı faciəsini törədən cani bu gün Ermənistana başçılıq edir, bu ölkənin prezidentidir. Buna AP-nın münasibəti nədən ibarətdir: "Bu gün Avropanın göbəyində mənşəcə şərqli olan türklər təqib olunurlar, Avropa bu gün façizmin vətənlərindən biridir, Avropada böyük bir toplumun müqəddəs kitabı olan Qurana əl qaldırırlar, İslamı, peyğəmbəri ələ salırlar. Biz isə Azərbaycanın mərkəzində bir neçə min katolikdən ötrü təzə bir kilsə tikdiririk. Azərbaycanda Avropanın hansı dini kitablarına əl qaldırılıb, hansı kilsəyə hücum edilib, hansı Azərbaycan vətəndaşı Avropa müqəddəslərinə əl qaldırıb? Bu məsələlərə niyə münasibət bildirilmir? Ona görə də bu qətnaməyə sərt münasibət bildirilməli və AP-dən tələb edilməlidir ki, xaç müharibələrini gündəliyə salsınlar. Azərbaycanda və Yaxın Şərqdə tökülən qanların hamısını görə üzr istəsinlər". Millət vəkilinin sözlərinə görə, Avropa ilə müqayisədə Azərbaycanın üzü ağdır: "Bütün baş verənlərə baxmayaraq öz sərvətlərimizi Avropaya veririk, Avroipanın ərzaq və enerji təhlükəsizliyində iştirak edirik, beynəlxalq terrorizmə qarşı ittifaqda iştirak edirik. Bundan artıq biz Avropa üçün nə etməliyik? Bu baxımdan Avropanın mənim ölkəmin haqqını tapdalamasına haqqı yoxdur".
Alim