Bakıda hərbi parad gedir
Ali Baş Komandan İlham Əliyevə hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verdi
26 İyun 2013 12:36 SiyasətAzərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə təşkil olunmuş hərbi parad artıq başlayıb. ANS PRESS-in məlumatına görə, hərbi paradda 5000-dən çox hərbçi iştirak edir.Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunub. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, millət vəkilləri, dövlət və hökumət rəsmiləri, xarici diplomatlar iştirak edir. Dövlət başçısı İlham Əliyev hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verdi.