Kağız parçasına bərabər qətnamı

Eldar İbrahimov: “ Avropa Parlamentinin qətnaməsinin heç bir hüquqi əsası yoxdur”

"Avroparlamentin "İlqar Məmmədov məsələsi" adlanan qətnaməsi tam əsassızdır və Azərbaycana qarşı ikili standartlardan xəbər verir. Həmin qətnamə  ilə tanışlıq onu deməyə əsas verir ki, bu sənədi hazırlayan və onun qəbul olunmasına səs verən deputatlar heç İlqar Məmmədovun kimliyini və nəyə görə həbs olunmasını dəqiq  bilmir, Azərbaycan Respublikasının müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığına dair imzaladığı sənədlərdə üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi vəziyyətindən bixəbərdirlər". Bunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, bu qətnamənin heç bir hüquqi əsası yoxdur: "Qətnamə  ölkəmizə qarşı anti-Azərbaycan kampaniyası aparan erməni lobbisinin və onların sifarişi ilə oynayan, Avropa dəyərlərindən uzaq  bəzi  cılız və təsadüfi deputatların  qarayaxma  və qərəzli mövqeyi üzərində açılmış  müzakirənin nəticəsidir. Əgər bu gün Azərbaycan Avropaya sürətli inteqrasiya yolunu seçərək inamla irəliləyirsə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhvə verən strateji tərəfdaş ölkə hesab olunursa, o zaman bu tipli qətnamələrin, Azərbaycana qarşı məqbul olmayan bu cür cəhdlərin heç bir effekti olmayacaq. Eyni zamanda, Azərbaycan bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə aktiv iştirak edirsə, torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq hüquqi və demokratik bir dövlət qurmaq istiqamətində konkret nəticələr əldə edirsə, cəmiyyətimiz öz tolerantlığını saxlayıb inkişaf  etdirirsə və bütün bunları dünyanın əksər dövlətləri və tanınmış beynəlxalq təşkilatları özlərinin rəsmi sənədlərində qəbul edirsə, onda bu qətnamə adi kağız parçasından başqa bir şey deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00