Ermənistan özü üçün nəticə çıxarmalıdır

"Hərbi paradlar Azərbaycan ordusunun gücünü göstərir. Son iki hərbi parad yüksək döyüş hazırlığının nümayişi kimi yadda qaldı. Bu mənada Azərbaycan Silahlı Qüvələrinin durumu Ermənistanda narahatlıq doğurmaya bilməz". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə səsləndirib.  Millət vəkili deyib ki,  Azərbaycan özünün etibarlı müdafiəsi üçün artıq bütün müasir hərbi texnikalara və peşəkar hərbi kadrlara malikdir: "Hesab edirəm ki, bu il 26 iyun tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi münasibətilə keçiriləcək hərbi parad isə bir daha ölkəmizin hərbi gücünün nümayişi olacaq. Ona görə də, işğalçı Ermənistan bütün bunlardan özü üçün nəticə çıxarmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00