Kerri: “Snowden əhvalatı Rusiya və Çin ilə münasibətlərimizə təsir edəcək”
ABŞ Dövlət Katibi Con Kerrinin sözlərinə görə, Rusiya və Çinin Edward Snowdenə ABŞ-ın onu Hong Kongdan ekstradisiya etməsi cəhdlərindən qurtulmağa kömək etdikləri xəbəri təsdiqlənərsə, bu "məyusedici" olardı
25 İyun 2013 13:58 Siyasət"Olaylar" xəbər verir ki, Hindistana səfəri çərçivəsində danışan Con Kerri deyib ki, Çin və Rusiya belə hərəkətin fəsadlarını hiss edəcək.
Qeyd edək ki, Snowden Hong Kong-dan Moskvaya bazar günü uçub. Yayılan xəbərlərə görə, o, Moskvadan Kubaya uçmalı idi, lakin Ekvadorun xarici işlər naziri Ricardo Patino, Snowdenin hələ də Rusiyada olduğuna işarə vurub. Vyetnama səfəri çərçibəsində danışan Ekvadorun xarici işlər naziri isə deyib ki, Ekvador Rusiya ilə bu məsələylə bağlı diplomatik kanallar vasitəsilə əlaqə saxlamaqdadır, odurkı Rusiya höküməti "yaranmış vəziyyətə uyğun olaraq qanun, siyasət və beynəlxalq qanunvericiliyə əsaslanan qərar qəbul edə bilər". Lakin Snowden-in hazırkı yerilə bağlı suala nazir cavab verməkdən yayındı. Ricardo Patino Ekvador hökümətinin Snowdenin siyasi sığınacaq barədə xahişinə baxdığını təsdiqləyib. Xatırladaq ki, Snowden ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) üçün İT kontraktoru kimi işləyərkən ABŞ hökümətin dünya boyu telefon zəngləri və internet fəaliyyətinin gizli izlənməsi proqramının detalları barədə mətbuata məlumat ötürdüyünə görə axtarışa verilib. 30 yaşlı mütəxəssis ABŞ-da hökümət mülkiyyətini oğurlamaqda, milli müdafiəyə aid məlumatın icazəsiz və kommunikasiyaların izlənməsi məlumatların bilərəkdən sızdırılmasında ittiham olunub. Hong Kong rəsmilərinə görə, Snowden ərazini öz istəyilə və könüllü olaraq tərk edib, ABŞ-ın təqdim etdiyi ekstradisiya sənədlərində isə çatışmazlıq olduğundan onun ölkəni tərk etməsini əngəlləməyə qanuni səbəb olmayıb. Lakin onun Hong Kong vəkili Albert Ho, BBC-yə bildirib ki, həftəsonu aradan çıxmağı Snowden-ə hökümət rəsmisi deyib. Vəkil Ho inanır ki, həmin rəsmi Pekinin göstərişi əsasında hərəkət edib. Hindistanda səfərdə olan ABŞ Dövlət katibi Con Kerri jurnalistlərə deyib ki, "əgər ona bilərəkdən təyyarəyə minməyə imkan yaradılıbsa bu məyusedicidir". "Şübhəsiz, ikitərəfli münasibətlərə bunun təsiri olacaq", Kerri deyib. Hazırda Snowden-in harada olması barədə dəqiq məlumat yoxdur, güman edilir ki, ötən gecəni o, Şeremetyevo aeroportunda keçirirb.