Novella Cəfəroğlundan Müsavat Partiyasına bir neçə sual...
24 İyun 2013 16:45 SiyasətDilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti qurumun sədri, Müsavat Partiyasının üzvü, müsavat başqanının müşaviri Novella Cəfəroğluna qarşı şər, böhtan kampaniyası ilə əlaqədar bəyanat yayıb. Bəyənatda bildirilir ki, Novella xanım "Freedoom House" təşkilatının hesabatı ilə bağlı öz fikrini bildirib. Bu hər bir insan kimi Novella xanımın da bir vətəndaş, bir hüquq müdafiəçisi kimi hüququdur. Bununla bağlı Ramiz Yunusun okeanın o tayından özünə uyğun təhqiramiz ifadə işlədərək Novella xanımın Müsavatdan "qovulması" fikrini bəyan etməsi heç bir etik normalara sığmı. Bununla Ramiz Yunus bütün Türk dünyası qadınlarını təhqir edib. Sənəddə Cəmiyyətin İdarı Heyəti Müsavat Paryiyasına müraciət ünvanlayıb: " Siz Novella xanımın təhqir edilməsinə necə laqeyd ola bildiniz? Ramiz Yunusa yerini göstərən cavab verə bilmədinizmi? Nədən? Novella xanıma edilən təhqir sizlərin heysiyyatınıza toxunmurmu? Biz-
D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin üzvləri, Novella xanım Cəfərovaya Ramiz Yunusun həqarət etməsini, ünvanına təhqiramiz sözlər işlətməsini pisləyir və Ramiz Yunusdan Novella xanımıın timsalında bütün Türk dünyası qadınlarını təhqir etdiyi üçün üzr istəməsini tələb edirik".