Avropa ölkələrində Qarabağ probleminə həsr olunmuş konfrans keçiriləcək
24 İyun 2013 12:43 SiyasətBeynəlxalq Diaspora Mərkəzi Azərbaycanın təbliği, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yeni layihələr həyata keçirməyi nəzərdə tutub. Mərkəzdən "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, bu məqsədlə yaxın vaxtlarda bir sıra Avropa ölkələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans və dəyirmi masalar keçiriləcək. Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirlərdə ermənilərin işğalçılıq siyasəti, Xocalı soyqırımı, eləcə də xalqımızın üzləşdiyi digər problemlərlə bağlı avropalılara geniş və ətraflı məlumat veriləcək, çap materialları paylanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00