Azərbaycan liderliyi ələ alır

"Əgər türk dünyasının birlik və bərabərliyi istiqamətində atılan addımlara əvvəllər Türkiyə öndərlik edirdisə, indi artıq Azərbaycan bu missiyanı yerinə yetirir. Sabah İsə digər türkdilli respublikalar Qazaxıstan və Qırğızıstan eyni təşəbbüslər irəli sürəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Dərnəklərinin rəhbəri Sinan Oğan Bakıda keçirilən Türkdilli Ölkələrin Diasporlarının Birinci Forumuna münasibət bildirərkən səsləndirib. Bildirib ki, Bakı forumu türk dünyasının birlik və bərabərliyinə öz töhfəsini verəcək: "Bakı forumunda hələlik Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan iştirak edir. Ümid edirik ki, gələcəkdə digər türkdilli respublikalar olan Türkmənistan və Özbəkistan da bu birliyə qoşulacaq. Nəticədə isə türk dünyası daha da güclənəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00