Prezident seçkiləri müzakirə olunacaq
21 İyun 2013 18:35 Siyasətİyunun 24-də "2013-cü il prezident seçkiləri: Seçici fəallığı ilə bağlı gözləntilər" mövzusunda dəyirmi masa keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, Demokratik Seçki Mərkəzinin təşkilatçılkığı ilə baş tutacaq tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil olunacaq. "Prezident seçkisi ərəfəsində seçici fəallığının artırılmasına dəstək" layihəsi çərçivəsində keçiriləcək tədbirdə QHT nümayəndələri, siyası partiya təmsilçiləri, millət vəkilləri, KİV nümayəndələri iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00