Qarabağ probleminin həlli BMT-yə tapşırılsın

Azərbaycan Milli İstiqlal Partiyası ATƏT - in Minsk Qrupu həmsədrləri ölkələrinin başçılarının "Böyük Səkkizlər"in sammiti çərçivəsində imzaladıqları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatı Azərbaycanın haqlı mövqeyinin nəzərə alınmaması kimi qiymətləndirir. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda qeyd edilir ki, bəyanatda tərəfləri "birtərəfli fayda əldə etmək cəhdlərini davam

etdirməkdə" günahlandıran dövlət başçıları vaxtı ilə öz ölkələrinin də səs verdiyi BMT - nin 4 qətnaməsinin həyata keçməsinə çalışmalı olduqları halda illərdir eyni bəyanatları bu və ya digər şəkildə təkrarlayırlar: "Tərəfləri "Helsinki prinsiplərinə", xüsusən güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək prinsiplərinə əməl etməyə çağıran həmsədr ölkələr əslində fəaliyyətləri ilə münaqişənin həllinin qeyri - müəyyən vaxta qədər uzanmasına xidmət etmiş olurlar". Eyni zamanda AMİP Dağlıq Qarabağ probleminin həllini ATƏT - in Minsk Qrupuna həvalə edilməsinin səhv addım kimi qiymətləndirərək münaqişənin həllinin BMT - yə həvalə olunmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00