Spikerdən millət vəkilinə çağırış:
“Məndən şikayət edərsən…”
21 İyun 2013 16:51 SiyasətMilli Məclisin növbədənkənar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə müzakirə edilir. Müzakirələr zamanı spiker Oqtay Əsədov çıxış üçün deputat İqbal Ağazadəyə söz verməyib. Bir sıra millət vəkillərinin daha öncə çıxışa yazıldığını, ancaq müzakirələrin 1,5 saat davam etdiyini əsas gətirərək Avropa Parlamentinin qətnaməsi ilə bağlı müzakirələrin dayandırılmasını məqbul sayıb. İqbal Ağazadənin yenə təkid etməsinə isə cavabı lakonik olub: "Məndən şikayət edərsən. İntizam komissiyası var, buyur şikayət et". İqbal Ağazadə isə yalnız özünün çıxış üçün təkid etdiyini söyləyib. Çıxış üçün söz verilmədiyini görən millət vəkili zalı tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00