“Avropa Parlamentində 32 nəfərin iştirakı ilə qətnamə qəbul edilməsi hüquqi nihilizmdir”
21 İyun 2013 16:30 Siyasət" Avropa Parlamentinə 52 QHT-nin müraciət etdiyi barədə məlumatın yanlışdır. Onların heç biri Azərbaycanda qeydiyyatdan keçməyib". Bunu deyən millət vəkili Azay Quliyevin sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı qərəzin nəticəsidir: "Leyla Yunus da onların buradakı ruporudur, qrantı da ona verirlər. İlqar Məmmədov isə parlament seçkilərində 43 min səsdən 600 səsi belə toplaya bilməmişdi. İlqar Məmmədov necə prezidentliyə real namizəd ola bilər? Digər tərəfdən, Ermənistanda prezident seçkilərində əhaliyə atəş açılmışdı, Gürcüstanın sabiq baş naziri hazırda həbsdədir, Avropa Parlamenti bir qətnamə qəbul edibmi? Avronest Parlament Assambleyasını niyə yaratmışıq, niyə bu qurumda məsələlər müzakirə olunmur? Avropa Parlamentində 32 nəfərin iştirakı ilə qətnamə qəbul edilməsi hüquqi nihilizmdir, nədir, hüquqşünaslar buna aydınlıq gətirə bilərlər. Avropa Parlamentinə müraciətdə bu fikirlər əksini tapmalıdır. Ya səmimi münasibət bəslənməli, ya da Avropa Parlamenti ilə işimizi fərqli qurmalıyıq".