Akif Nağıdan Tomas de Vaala cavab
“Beynəlxalq təşkilatlar və əsas güc dövlətlər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycanın ictimai rəyini öz maraqları istiqamətinə yönəltməyə çalışırlar”
21 İyun 2013 15:58 Siyasət"Azərbaycan öz ərazilərini itirib, hətta Qarabağı bir kənara qoysaq belə, onun ətrafdakı ərazilərdən heç vaxt vaz keçməyəcək. Digər tərəfdən son 10 il ərzində Azərbaycan inkişaf edib, 90-cı illərdə bu əraziləri itirən zəif, çaşqın ölkə ilə müqayisədə qat-qat güclüdür. Odur ki, dinamika dəyişib və təəssüf ki, gələcəkdə status-kvo sülhlə deyil, müharibə hesabına dəyişə bilər". Vaşinqtonda "Qara Bağ" kitabının təqdimatını keçirən amerikalı müəllif Tomas de Vaal belə deyib. Qarabağ Azadlıq Təşkilatının sədri hesab edir ki, "Qara Bağ" kitabın amerikalı müəllifin açıqlamasının heç bir ciddi əsası yoxdur: "Tomas de Vaalın hansı dövlətin casusu olduğunu deyə bilmərəm. Dağlıq Qarabağla bütün məlumatları həmişə diqqətlə izləyirəm. Onun "Qara Bağ" kitabını diqqətlə oxumuşam. QAT-ın elmi konfransında de Vaalın kitabı ilə bağlı mütəxəssilər öz rəylərini bildiriblər. Bir neçə il bundan qabaq Vaal belə bir fikir səsləndimişdi ki, Qarabağ probleminin bir həlli yolu var, Azərbaycan Dağlıq Qarabağın ətrafındakı rayonları almalıdır, bunun müqabilində Dağlıq Qarabağın müstəqilliyini tanımalı, həm Ermənistanda, həm də Azərbaycanda ictimai rəy bu istiqamətdə gücləndirilməlidir. Bu fikirlərin müəllifi bu adamdır. Beynəlxal təşkilatlar və super dövlətlər həmişə çalışıblar ki, Azərbaycan Qarabağla bağlı yaranmış mövcud vəziyyətlə razılaşsın və Dağlıq Qarabağın Ermənistanın tərkibinə birləşdirilməsinə etiraz etməsin. Ayrı-ayrı təşkilatların və dövlətlərin apardığı siyasətin mahiyyəti bundan ibarətdir. Sadəcə olaraq bunu açıq şəkildə demirlər. Tomas de Vaal kimi adamların hamısı qeyri-rəsmi şəxslərdir. Qarabağla bağlı fəaliyyət göstərən təşkilatlar da öz mövqelərini Vaal kimi adamların dili ilə ortaya qoyurlar. Vaal bu cür açıqlamaları ilə Azərbaycanın ictimai rəyini öyrənməyə çalışır ki, öyrənsin burada müharibə əhval-ruhiyyəsi var, yoxsa ki, yoxdur?! Hesab edirəm ki, Vaal kimi qeyr ciddi adamların bu cür açıqlamaları Dağlıq Qarabağın Ermənistana birləşdirlməsinə razılıq verməsi üçün Azərbaycanın ictimai rəyinin bu istiqamətinə yönəldilməsinə hesablanıb". ("OLAYLAR" İA)