Əli Əhmədov Qaradağ YAP-çıları ilə görüşüb
21 İyun 2013 13:10 SiyasətYeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov partiyanın Qaradağ rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində baş tutan görüşdə YAP-ın sədr müavini Əli Əhmədov deyib ki, partiyanın ilk təşkilatları ilə görüşlər mütəmadi olaraq keçirilir və bundan əvvəl bir sıra rayonlarda da belə görüşlər keçirilib. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov daha sonra qarşıda duran məqsədlər və görüləcək işlərlə bağlı ətraflı məlumat verib və ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyyə və göstərişlərini verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00