"Milli Şura Azərbaycanın müstəqilliyini təhdid edir"
21 İyun 2013 12:58 Siyasət"Milli Şuranın hansısa xarici ölkə tərəfindən himayə olunduğunu güman edirik". Bu sözləri Milli.Az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Büllur Humbətov bildirib."Bu səbəbdən də həmin təşkilatda iştirak etmək, ona dəstək vermək istəyimiz yoxdur", - o əlavə edib.B.Hümbətov hesab edir ki, "Rusiya Azərbaycanı yeni yaradılacaq gömrük ittifaqına daxil etmək üçün bu cür addımlar atır və Milli Şura Azərbaycanın müstəqilliyini təhdid edir"."İstər yaradılan milyarderlər ittifaqı, istər Rüstəm İbrahimbəyov tərəfindən ictimaiyyətə ötürülən fikirlər bizdə belə bir fikrin formalaşmasına şərait yaradır. Bu səbəbdən də iqtidarı özümüzə rəqib hesab etməyimizə, partiya olaraq namizədimizi irəli sürərək seçkilərdə iştirak etmək niyyətimizə baxmayaraq, heç bir halda Azərbaycanın müstəqilliyinin itirilməsi hesabına hakimiyyət dəyişikliyi istəmirik", - o vurğulayıb.