Məkarim Şirazi: “Vəhabilər Netanyahu hökuməti tərəfindən müsəlmanlara qarşı qızışdırılır”
21 İyun 2013 12:57 Siyasət"Müsəlmanlar nə şiə, nə də ki, sünni məzhəblərinə aidiyyatı olmayan vəhabilərə qarşı birləşməlidirlər". "Mehr" İA-nın məlumatına görə şiə alimi Ayətullah Nasir Məkarim Şirazi Sistan və Bəlucistanda sünni həmkarları ilə görüşündə belə deyib. Məkariz Şirazi vəhabilərlə müqayisədə sünni və şiələrin ortaq cəhətinin olduğunu bildirib. Şiə alimi iddia edib ki, Suriya, İraq, Pakistan və Əfqanıstandakı vəhabi qruplaşmaları İsrail tərəfindən müsəlmanlara qarşı qızışdırılır və əxilər Netanyahu hökumətinin əlaltıları kimi fəaliyyət göstərirlər. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00