Rəsul Quliyev yeni partiya yaradır
Eks-spiker ACP-dən imtina edəcək
20 İyun 2013 18:24 SiyasətEks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin yeni bir partiya yaratdığı bildirilir. "OLAYLAR"-a daxil olan məlumata görə, yeni partiyanın yaradılması istiqamətində aparılan işlər ACP-çilərdən xəbərsiz həyata keçirilir. Mənbənin verdiyi bilgiyə görə, Açıq Cəmiyyət Partiyasının son vaxtlar ərzindəki fəaliyyəti Rəsul Quliyev qane etmədiyi üçün eks-spiker alternativ varianta əl atıb. Yaxın vaxtlarda Rəsul Quliyevin ACP-dən imtina edəcəyi və onu maliyyələşdirməyəcəyi bildirilir. Eks-spikerin yeni yaradacağı partiyada isə vaxtı ilə onunla yaxın ünsiyyətdə olan tanınmış simalar, həmçinin zaman-zaman ACP-dən incik düşərək oranı tərk edən şəxslər təmsil olunacaq.Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin keçmiş müavini Feruz Quliyev isə "OLAYLAR"-a verdiyi açıqlamada Rəsul Quliyevin yeni bir partiya yaratması barədə məlumatlı olmadığını və ona bu barədə heç bir müraciət edilmədiyini söyləyib.