VİP xalqı yalandan ümidləndirmək istəmir
20 İyun 2013 17:11 SiyasətVətəndaş və İnkişaf Partiyasında seçkilərə hazırlıq prosesi yeni bir mərhələyə qədəm qoyub. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədr müavini Ramil Hüseynov deyib ki, artıq VİP-in namizədi Əli Əliyevin seçki qərargahının formalaşdırılması prosesi başa çatıb: "Qarşıdakı mərhələdə partiyanın dairə təşkilatları ilə ciddi şəkildə iş aparılacaq və onlara müvafiq təlimatlar veriləcək. Bu məqsədlə partiyanın dairə təşkilatlarının sədrlərinin iştirakı ilə geniş müşavirənin keçirilməsi də nəzərdə tutulub". Ramil Hüseynov bildirib ki, təmsil etdiyi partiya digər müxalifət partiyalarından fərqli olaraq seçki ərəfəsində baş qatmaq, xalqı yalandan ümidləndirməyə deyil, sırf seçkiyə hazırlıq prosesinə diqqət yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00