“Vaxtı ilə Müsavata pul ayıran qüvvələr bu seçkilərdə İsa Qəmbəri dəstəkləmək fikrində deyillər”

"Vaxtilə Müsavata seşki üçün pul ayıran qüvvələr bu gün cəmiyyətdə kəskin dəyişikliyin olmasına maraqlı deyillər və odur ki, bu seçkilərdə onlar İsa Qəmbəri dəstəkləmək fikrindən uzaqdırlar". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev "OLAYLAR"-a deyib ki, bu səbəbdən İsa Qəmbər seçkilərdə Rüstəm İbrahimbəyovu dəstəkləyəcəyini söyləyib: "İsa Qəmbərin gözləntisi ondan ibarətdir ki, onsuz da seçkilərin uduzulacağı indiki məqamda müxalifət kimi gündəmdə qalsın və müxalifətin birliyinə cəhd edən imic formalaşdırsın. Çünki son 20 ildə müxalifətin parçalanması məhz onun adı ilə bağlıdır. Bu məqamda o istəyir ki, bu imicini müəyyən qədər dəyişə bilsin". Mayis Güləliyev qeyd edib ki, belə olan halda İsa Qəmbərin qarşısında üc variant qalır: "Birincisi, Rüstəm İbrahimbəyovu irəli verməklə öz tərəfdarlarının seçki ilində aktivliyini təmin etsin. İkincisi, həmişə "formada" olaraq bazarlığa hazır olsun. Üçüncüsü, seçkidə birbaşa müvəffəqiyyətsizlikdən sığortalansın və bu müvəffəqiyyətsizlik başqasının adına yazılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00