Azərbaycan və Ermənistan deputatlarınin görüş tarixi bəlli oldu

Gələn həftə Strasburqda AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır. Bu barədə məlumatı millət vəkili,  Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. O, qeyd edib ki, görüş AŞPA prezidenti tərəfindən təşkil olunacaq: "Sessiya çərçivəsində iki ölkənin nümayəndə heyətinin görüşü planlaşdırılır. Ermənistan danışıqlardan imtina etməməlidir. Hələ bu ilin aprel ayında da belə bir görüşün keçirilməsi nəzərdə tutulmuşdu, ancaq  Ermənistan nümayəndə heyəti görüşə gəlmədi. Ermənistan nümayəndə heyəti yenə də belə bir görüşdən imtina etsə, onda Azərbaycan tərəfi bu məsələni AŞPA-da qaldıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00