"Hər kinorejissor siyasətçi ola bilməz"

"Milli Şura perspektivsiz bir qurumdur, onun Azərbaycanın siyasi mühitində həlledici mövqeyi yoxdur"

Bu sözləri Milli.Az saytının əməkdaşı ilə söhbəti zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.Onun sözlərinə görə, Milli Şuranın perspektivsiz olmasının səbəbi isə sosial bazasının zəifliyi və onun sədri Rüstəm İbrahimbəyovun siyasətçi olmamasıdır."Onun tanınmış rejissor və ssenarist olmasına baxmayaraq, siyasətdə diletantdır. Hər kinorejissor və ssenarist siyasətçi ola bilməz. Bu yaşında siayasətə gəlməklə siyasəti öyrənmək müşkül məsələdir", - o vurğulayıb.Fəzail Ağamalı hesab edir ki, Milli Şuranın perspektivsizliyinin digər bir səbəbi də qurum daxilində maraqların toqquşmasıdır."Orada Əli Kərimli və İsa Qəmbər nə Rüstəm İbrahimbəyova, nə də Eldar Namazova güzəştə gedən deyillər. Maraqlar toqquşur və kifayət qədər antoqonist xarakter daşıyır. Ona görə də Milli Şuraya hansı tərəfdən yanaşsan, çıxarılan nəticə ondan ibarətdir ki, bu qurum perspektivi olmayan, Azərbaycanın siyasi mühitinə hər hansı dəyişiklik gətirmək imkanı olmayan bir qurumdur", - millət vəkili əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00