Gürcüstanın Azərbaycandakı səfirliyi: “Xarici işlər naziri Maya Pancikidze sərhədlərin delimitasiyası məsələsi üzərində işlərin davam etdiyini deyib”

"Gürcüstan və Azərbaycan sərhədlərin delimitasiyası məsələsi üzərində işləri davam etdirir. Ümidvaram ki, bu sahədə tərəqqiyə nail olacağıq. Biz hələlik bu məsələyə nöqtə qoymağa hazır deyilik, çünki hələ bəzi məsələlər qalır. Bizim Azərbaycanla güclü dostluq münasibətlərimiz var, aramızda qarşılıqlı anlaşma formalaşıb, buna görə əminəm ki, bu məsələni həll edəcəyik". Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu il iyunun 11-də jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, bu il iyunun 11-də APA-nın Gürcüstan bürosu bu ölkənin xarici işlər naziri Maya Pancikidzenin bu açıqlamasını "Bizim Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi ilə məşğul olmağa vaxtımız yoxdur" sitatı ilə redaksiyaya təqdim edib.
Gürcüstanın Azərbaycandakı səfirliyi isə nazir Maya Pancikidzenin bu cavabının təhrif olunduğunu bildirib və belə bir bəyanatla çıxış edib.
Onu da xüsusi vurğulayaq ki, açıqlamanın yayılmasından bir az sonra APA xəbərdə getmiş tərcümə yanlışlığını düzəldib və abunəçilərinə çatdırıb (http://az.apa.az/news/302393). Lakin səfirlik yenidən bəyanat yaymağa ehtiyac duyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00