Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılmayıb

"ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin, eləcə də bu qrupa daxil olan digər ölkələrin rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatçılıq bildirmələri ümumi şəkildə götürəndə müsbət qiymətləndirilməlidir. Münaqişənin tənzimlənməməsində narahatçılığın ifadə olunması onu göstərir ki, bu dövlətlər, ATƏT-in Minsk qrupunun üzvləri münaqişənin tənzimlənməsini unutmayıblar". Bunu deyən Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədovun sözlərinə görə, "səkkizlərin" son görüşündə Dağlıq Qarabağ münaqişəsindən narahatçılıq ifadə edən bəyanatın verilməsi müsbət haldır: "Ancaq Azərbaycanı işğala və təcavüzə məruz qalan bir ölkə kimi daha çox bu məsələdə nəticə maraqlandırır. Yaxşı olardı ki, həmin bəyanatı verən şəxslər, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər münaqişənin niyə indiyədək tənzimlənməməsi məsələsinə münasibət bildirərdilər və aydınlıq gətirərdilər. Çox təəssüflər olsun ki, bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılmayıb, 20 ildən artıqdır ki, münaqişə həll olunmamış vəziyyətdə qalır, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd yerlərinə qayıtmaları üçün əməli fəaliyyət ortaya qoyulmayıb. Eyni zamanda beynəlxalq dairələr ATƏT-in Minsk qrupu həmsədrləri və üzv dövlətləri tərəfindən indiyədək işğala məruz qalanla işğalçının fərqi göstərilməyib, işğalçının adı konkret açıqlanmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00