“Freedom House”un son bəyanatı da əvvəlki hesabatları kimi qeyri-obyektivdir

Mübariz Qurbanlı: “Bu tipli təşkilatlar başqa dövlətlərə qarşı bir təzyiq vasitəsidir”

"Freedom House" "azad ev" deməkdir, amma çox təsssüflər olsun ki, bu təşkilat azad deyil". Bunu deyən millət vəkili Mübariz Qurbanlıını sözlərinə görə, "Freedom House" tipli təşkilatlar bir sıra maliyyə qurumlarının, siyasi mərkəzlərin əlində başqa dövlətlərə qarşı bir təzyiq vasitəsidir: " Müxtəlif qurumlar "Freedom House" və digər beynəlxalq təşkilatlardan öz maraqlarını təmin etmək üçün daim müxtəlif cəhdlərdə, bu və ya digər ölkələrə təzyiq etməkdə maraqlı görünürlər. Bu baxımdan "Freedom House"un son hesabatını və orada Azərbaycanla bağlı yer alan məqamları şübhəli, həqiqətdən və obyketivlikdən uzaq məqamlar kimi qiymətləndirirəm". M.Qurbanlı deyib ki, "Freedom House" tipli təşkilatlardan Azərbaycan kimi ölkələrə təzyiq etməyə çalışan müxtəlif qurumlar hər zaman demokratiya, insan hüquqları məsələsini gözdən pərdə asmaq üçün gündəmə gətirməyə səy göstərirlər: "Əslində isə nə "Freedom House"u, nə də ondan alət kimi istifadəyə etməyə çalışanları nə demokratiya, nə insan hüquqları, nə də digər məsələlər maraqlandırır. Məsələn, son hesabatda Azərbaycanda vətəndaş cəmiyyəti məsələlərini qabartmağa cəhdlər göstərilir ki, bunlar da əslində tam yersiz məqamlardır. Çünki Azərbaycanda son 20-22 il ərzində vətəndaş cəmiyyəti quruculuğu yolunda böyük addımlar atılıb. Ölkədə böyük qeyri-hökumət təşkilatları sektoru formalaşıb. Onların hər cür azad və sərbəst fəaliyyəti üçün geniş imkanlar təmin olunub. Ölkədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və onun vasitəsilə ilə vətəndaş, mülki cəmiyyət quruculuğu yolunda çoxsaylı uğurlu addımlar atılıb. Ona görə bir daha qeyd etmək istəyirəm ki, "Freedom House"un son bəyanatı da əvvəlki hesabatları kimi qərəzli və qeyri-obyektivdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00