“Qardaşının dəstəyini qazana bilməyən hakimiyyətə gəlməkdən dəm vurur”

"Qardaşının, qohumlarının dəstəyini qazana bilməyənlər xalqın dəstəyini qazanmaqdan və hakimiyyətə gəlməkdən dəm vururlar". Bu fikirləri "OLAYLAR"-a Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov Maqsud İbrahimbəyovun rəhbərlik etdiyi Milli Sülh Komitəsinin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə mövqeyinə münasibət bildirərkən səsləndirib. VİP rəsmisi deyib ki,  Rüstəm İbrahimbəyov özünü bu oyuna salmaqla olan hörmətini də tamamilə itirdi: "Nə qədər ki,  bu proseslərdə iştirak edəcək, onun ictimai nüfuzuna zərbə olacaq". Ramil Hüseynov qeyd edib ki, siyasi nüfuzu olmayan biri hansı xalqın dəstəyindən danışır: "Bədən tərbiyəsi bədənin tərbiyə olunmasi anlamını verir. Yəni ki, insan müəyyən idmanla məşğul olur və bədənini tərbiyələndirir. Bunu hamı edə bilər. .Lakin bir də var mənəviyyatin, əxlaqın tərbiyələndirilməsi. Bu isə çox çətin bir prosesdi. Bəzi ortada olan "liderlər"  məhz bu xəstəlikdən əziyyət çəkirlər. Onlara Allahdan şəfa diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00