Litvalı gənclər Qarabağ problemi barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Litvanın hakim partiyası olan Sosial Demokrat pratiyasının Gənclər Təşkilatının sədri Ramunas Burokas, Litva Tələbə Birliyinin sədri Paulius Baltokas və Dünya Litva Assosasiyasinin Litva üzrə nümayəndəsi Ieva Davidenko ilə görüş keçirilib. "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, qonaqları salamlayan İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov onlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırım siyasəti, problemin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin müvqeyi, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və s. məsələlər haqqında geniş məlumat verib. Litvalı gənclər isə öz növbələrində bu münaqişənin tez bir zamanda və beynəlxalq hüququn prinsipləri əsasında həll olunacağına əmin olduqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00