Azərbaycanlı deputat ATƏT-ə üzv ölkələri vətəndaş cəmiyyəti ilə daha fəal olmağa çağırıb

Azərbaycanlı deputat Azay Quliyev ATƏT-ə üzv ölkələri qurumun Parlament Assambleyasının baxılmaq üçün nəzərdə tutulan qətnaməsində vətəndaş cəmiyyəti ilə daha açıq və daha geniş fəaliyyət göstərməyə çağırıb. "Olaylar"-in məlumatına görə, bu barədə ATƏT PA-nın rəsmi saytında məlumat verilir. Qətnamənin müəllifi Azay Quliyev qeyd edib ki, "vətəndaş cəmiyyəti həmişə müzakirələrə əlavə dəyər qatır. Qeyri-hökümət təşkilatları (QHT) təkcə müşahidəçi olmalı deyil, həmçinin qərarların qəbulunda aktiv olmalıdırlar".

Sözügedən qətnamə üzv ölkələri qeyri-hökumət təşkilatları və digər fəal vətəndaş cəmiyyəti institutları ilə dialoqda daha fəal olmağa çağırıb. Qətnamə, həmçinin ATƏT-in üzv ölkələrini QHT-lər və digər vətəndaş cəmiyyəti institutları tərəfindən informasiya resurslarından istifadə məhdudiyyətlərini azaltmağa və "QHT-lərin fəaliyyətinin davamlılığını" təmin etməyə dəvət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00