Milli Şurada böhrandır

"Əslində Milli Şura ilə bağlı mövcud vəziyyət təxminən 2 il bundan əvvəl İctimai Palatanın durumunu və ondan da bir qədər öncə müxalifətin vahid namizəd siyahısı yönündəki vəziyyətini xatırladır". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, müxaliflərin məqsədi əslində "müttəfiqlik" etdikləri siyasi qüvvənin və siyasətçinin sosial bazasını ələ keçirməkdir: "Onları, xüsusən də Milli Şuradakıları nə milli maraqlar, nə demokratiya, nə də vahid namizəd müəyyənləşdirmək maraqlandırır. Həmin qüvvələrin hər biri  yalnız və yalnız  öz namizədinin müxalifətin vahid namizədi olmasına nail olmağa çalışır. Odur ki,  bir sıra qüvvələr, siyasətçilər artıq bu yöndə öz mesajlarını verməyə çalışırlar. Bu, Milli Şura yaranmadan onun böhranda olduğunun, problemlər içində boğulduğunun göstəricisidir. Bu proses onsuz da seçkilərə rəsmən start verilən ərəfədə başlayacaqdı. Lakin baş verənlər onu göstərir ki, deyəsən, seçkiləri gözləməyə ehtiyac qalmayacaq, bu gedişlə Milli Şura ayağa durmadan gücdən düşəcək, öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq". A.Mirzəzadə eyni zamanda deyib ki, Milli Şurada bir araya gələn və əslində bu günə kimi bir-birinə güzəştə getməyən bəzi insanların, siyasilərin  indi R. İbrahimbəyovu barışdırıcı fiqur kimi namizəd irəli sürmələri  müxalif qüvvələrin heç də hamısı  tərəfindən ciddiyə alınmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00