Elmar Məmmədyarov BMT nümayəndəsini qəbul edib
18 İyun 2013 18:57 SiyasətXİN-nin mətbuat xidmətindən Olaylar İA-nə verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub. BMT Baş Assambleyasının Prezidenti Vuk Yeremiçin Azərbaycanın BMT TŞ-də rolunu yüksək qiymətləndirib. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat verib və ölkəmizin bu məsələdə mövqeyini rəsmi qonağın diqqətinə çatdırıb. Nazir nizamlanma prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib və sülh prosesinin irəliləməsi üçün ilk öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bəyan edib.