Millət vəkili beynəlxalq birliyə səsləndi
“Ermənistan dövlətinin işğal olunmuş ərazilərimizdən narkoticarət kimi istifadə etməsinə laqeyd qalma q olmaz”
18 İyun 2013 18:55 Siyasət"Dünya birliyi Ermənistan dövlətinin işğal olunmuş ərazilərimizdən narkoticarət kimi istifadə etməsinə laqeyd qalmamalıdır". Bunu deyən Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, siyasi-iqtisadi tənəzzülə uğrayan Ermənistan rəhbərliyi itirdiklərini narkoticarət və digər transmilli cinayətlərdən gələn qazancla kompensasiya etməyə çalışır: "Bu onu göstərir ki, işğalçı ölkənin artıq başqa çıxış yolu qalmayıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dağlıq Qarabağdan İran vasitəsilə Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alındı. Bu, bir daha sübut edir ki, Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarımızda kütləvi şəkildə narkotik vasitələrin becərilməsi, dövriyyəsi və daşınmasını mütəmadi surətdə həyata keçirir. Bundan əldə edilən qazanc qanunsuz hərbi birləşmələrin və terrorçu qrupların saxlanmasına yönəldilir".