Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün vacib məsələdir
18 İyun 2013 15:54 SiyasətAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov və İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov arasında görüş keçirilib. İcmadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, görüşdə ilk olaraq icma sədri Bayram Səfərov Avropa İttifaqının nümayəndəsinin diqqətinə münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam etdirdiyi çatdırıb. Həmçinin bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır: "Biz bu istiqamətdə həm Avropa İttifaqınından, həmdə digər beynəlxalq qurumlarda qətiyyərli mövqe gözləyirik..Filip Lefort da öz növbəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdir və qurum Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır: "Azərbaycan da daxil olmaqla hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır".