Sülhəddin Əkbər: “Mən indi neyləyim ki, müxbir onların şəklini göstərib camaata”
18 İyun 2013 13:54 Siyasət"Musavat.com" saytı "Onları tanıyırsınızmı" sualı ilə Bakı şəhərində sorğu keçirib. Respondetlərə yalnız Milli Şura üzvlərindən dörd liderin fotosu təqdim edilib - Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli və Rüstəm İbrahimbəyov. Qeyd edək ki, Milli Şuranın ayrı-ayrı siyasi qurumlardan 129 üzvü var. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər ona ünvanlanmış suala soyuq münasibət göstərərək bildirib ki, o bu suala cavab vermək istəmir: "İndi mən neyləyim? Siz bu sualı həmin sorğunu keçirənlərə ünvanlayın. Onlar bunu məndən yaxşı bilirlər!" AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu hesab edir ki, Milli Şuradan söhbət gedəndə ilk təsəvvürə gələn adlar Rüstəm İbrahimbəyov, Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov olur. Əli Oruclu deyib ki, Milli Şurada iştirak edən bəzi qüvvələr isə bu "dördlük" xaricində digər siyasi qurum və adların qabardılmasını istəmirlər: "Gələcəkdə Milli Şurada narazılıq doğuracaq məqamlardan biri də bu olacaq. Həmin qüvvələr də Milli Şuranı bu 4 adın ətrafında saxlamağa çalışacaqlar. Artıq bunun işartısı bu cür sorğularda və təqdimatlarda hiss olunur. Yanaşma bir tərəfdən normaldır, digər tərəfdən isə anormal. Ona görə normaldır ki, Milli Şuranın əsas aparıcı qüvvələri adı çəkilən adlardan ibarətdir. Anormaldır ona görə ki, Milli Şuranın təqdimatı cəmiyyət də bərabər şəkildə aparılmır. Əgər söhbət birlikdən gedirsə, burada böyük, kiçik problemi olmamalıdır".
PSS: Sülhəddin bəy, siz bilirsiniz neyəyin? Müxbirin o sualına əl qaldırıb deyin ki: - Mən tanıyıram, onları. Sonra da bu sualı verin o müxbirə: - Bəy, bəs mənim şəklim? O da sizi razı salmaq üçün deyəcək ki: - Narahat olmayın, mütləq şəkildə bu məsələyə əl gəzdirəcəyəm. Sonra da kənara çəkilən kimi bir uşağın əlinə konfet verib göndərin, baxsın ki, sizin şəklinizi də camaata göstərib deyirmi ki: - Bəs bunu tanıyırsınız? Uşaq gəlib desə ki: - Bəy, üzr istəyirəm sizin şəkliniz orada yoxdur, bu konfeti də halal edin, mən gedim - konfeti əlindən alıb, buraxın getsin. Sonra da düşün o müxbirin arxasınca, hətta yaxasından yapışıb "O olmasın, bu olsun" filmindəki tövr: - A, məşədi bəs mənim şəklim? Axı o ittifaqında mən də varam. Bu heç insafdandır, bəy - deyin. Əgər belə etsəniz sizi inandırım ki, o müxbirin heç bir günahı yoxdur. ("OLAYLAR" İA)