“Kreml xarici miqrantları gəlir mənbəyinə çevirmək istəyir” - AÇIQLAMA

Ərəstun Oruclu: “Dövlət Dumasının qəbul etmək istədiyi qanun məhz Rusiyanın iqtisadi maraqlarına xidmət edir”

Rusiya Dövlət Dumasında miqrantlar haqda qanuna sərt dəyişikliklər olacağı bildirilir. Qanun qəbul olunacağı təqdirdə, Rusiya sərhədini keçən hər bir miqrant 30 min rubl (təxminən 1000 dollar) dəyərində veksel almalıdır. Vekselsiz isə miqrantlara Rusiyada işləmə icazəsi verən sənəd verilməyəcək. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu hesab edir ki, Rusiya parlamentinin qəbul edəcəyi qanun layihəsi siyasi xarakterdən daha çox iqtisadi mənalara malikdir: "Kreml bununla Rusiyanın dövlət büdcəsinə əlavə gəlir mənbəyi açacaq. Digər tərəfdən miqrasiya məsələlərini tənzimləməyə çalışır. Çünki, Rusiya ildə təxminən 1 milyondan çox miqrant qəbul edir, bu da 41 milyard dollar deməkdir. 41 milyard Rusiya üçün o qədər də böyük rəqəm deyil, amma az pul da deyil. Dövlət Dumasının qəbul etmək istədiyi qanun məhz Rusiyanın iqtisadi maraqlarına xidmət edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00