Alman tarixçi ermənilərin törətdiyi soyqırımlardan danışacaq
18 İyun 2013 13:46 SiyasətGörkəmli Alman tarixçisi Prof. Dr. İohannas Rau Tarix İnstitutunda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı məruzələrlə ilə çıxış edəcək. Tarix İnstitutundan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, 19 iyun tarixində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasında Azərbaycan tarixinə dair "Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi", "İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)", "Ermənistan və Azərbaycan arasında Dağlıq-Qarabağ münaqişəsi" kimi qiymətli tədqiqatların müəllifi görkəmli Alman tarixçisi İohannas Rau ilə görüş keçiriləcəkdir. Tarixçi-alim İohannas Rau Elmi Şurada Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti haqqında məruzələrlə çıxış edəcəkdir. Alimin məruzəsindən sonra Tarix İnstitutunun yenicə çapdan çıxmış "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər" kitabının təqdimat mərasimi keçiriləcəkdir. Sonda Prof. Dr. İohannas Rauya Tarix İnstitutunun Fəxri Doktoru diplomu təqdim olunacaq.