“Müstəqilliyimizə təhlükə yaradan qüvvələr var”

Zəlimxan Məmmədli: “Biz o qüvvələrin mahiyyətini bilirik”

Türkiyədə baş verən hadisələrdən narahatıq. Yaxşı olar ki, hökumət problemi sülh yolu, dilaloq yolu ilə həll etsin". Bunu "OLAYLAR"a açıqlamasında Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə, Rusiyanın bölgədə oynadığı oyunlar çox təhlükəlidir: "Gürcüstanda baş verənləri izlədik. İvanişvili Saakaşvili demokratiyasının nəticəsində hakimiyyətə gəldi. Kənar müdaxilənin təsiri ilə ölkədə faktiki ikihakimiyyətililik var. Gürcüstanda baş verən hadisələrin Azərbaycanda təklarlamaq istəyən qüvvələr var. Biz o qüvvələrin mahiyyətini bilirik. Türkiyə bölgədə zəifləsə, Rusiya güclənəcək. Gürcüstanda baş verən hadisələr Azərbaycanda təkrarlansa, müstəqilliyimizə təhlükə yaranacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00