“Borçalı” Cəmiyyətinin Gürcüstandakı nümayəndəsi təyin edilib

Bu vəzifəni İsrafil Bayramov icra edəcək

"Borçalı" Cəmiyyətinin illik konfransında təşkilati məsələyə baxılıb. Nizamnamədə cüzi dəyişiklik edilib, İdarə Heyətinin 15 nəfərilik yeni tərkibi seçilib.  İdarə Heyətinə Zəlimxan Məmmədli, Həsən Qurbanov, Elxan Məmmədli, Mədət Coşqun, Səadət Buta, Firudin İsmayılov, Hüseyn Yadigarov, Ramiz Məmmədov, Pünhan Əfəndiyev, Bəkir Əliyev, Telman Əliyev, Dilan Məmmədov, Sara Osmanlı, Osman Əhmədoğlu üzv seçiliblər. İH-nə təşkilati işləri daha çevik həyata keçirmək üçün əlavə səlahiyyətlər verilib, Borçalı İş Adamları Birliyinin sədri İsrafil Bayramov Gürcüstanda İctimai Cəmiyyətin səlahiyyətli nümayəndəsi təyin edilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00