ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı birgə bəyanatla çıxış edəcəklər

Bəyanatın G-8 sammiti çərçivəsində qəbulu gözlənilir

"100 əminliklə deyə bilərəm ki, Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər". ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə, bu bəyanatla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri G-8 sammiti çərçivəsində üç sənəd imzalamağı planlaşdırır. Bundan başqa Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat imzalayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00