Ukraynanın Çerniqov vilayəti bombalanıb, 47 dinc sakin ölüb

Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb.

Olaylar.az  xəbər verir ki, məlumatı Çerniqov Vilayət Administrasiyasının Mətbuat Xidməti yayıb.

Bildirilib ki, martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır.

Məlumata görə, martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31