Almaniyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı
14 İyun 2013 19:22 SiyasətAlmaniyanın Azərbaycanda yeni səfiri Haydrun Tempel (Heidrun Tempel) olacaq. Bu barədə cümə günü Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, Haydrun Tempelin namizədliyi Azərbaycan hökuməti ilə razılaşdırılıb.
Qeyd edək ki, Haydrun Tempel Herbert Kvelleni əvəz edəcək.
Herbert Kvelle iyul ayında Azərbaycanda diplomatik missiyasını başa vurur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00