Deputatdan müharibədə könüllü iştirak edənlərlə bağlı təklif
4 Mart 2022 13:16 Siyasət"Müharibədə könüllü iştirak edən şəxslərin müraciətlərinin həlli istiqamətində təkliflər hazırlansın". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli çıxış edib.Deputat hazırlanacaq təkliflərin təqdim edilməsinin vacibliyinə toxunub: "Müharibə veteranları ilə bağlı məsələlər yüksək səviyyədə həll edildi. Amma könüllülərin problemləri açıq olaraq qalır. Bununla bağlı addım atılmasının vacib olduğunu düşünürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31