“Eldar Mahmudovla heç bir əlaqəm olmayıb” – Ziya Səmədzadə "MTN işi"ndən danışdı

Məhkəmədə bu iddiaları səsləndirən şəxslər hamısı vicdansız insanlardır. İbrahim Zeynalov Buzovnada 30 il öncə sovxozun direktoru olub. Məndən xahiş etmişdilər ki, ona dəstək olum.

Bunu"Unikal"a açıqlamasında deputat Ziyad Səmədzadə deyib.

O, bildirib ki, İbrahim Zeynalova dəstək olmayıb.

"Deyirlər ki, iş birliyi var idi, sonra qırıldı. Hansı iş birliyindən danışırsan? Gəlsin desin ki, 3,5 milyon manat hansı bankdan götürülüb? Sonra deyirlər ki, 8 milyon Ziyad Səmədzadəyə çatıb. Bunlar hamısı qurma işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq  atası Əhməd Mahmudovla münasibətim olub"-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31