Müharibənin 9-cü günü- Əli Məhərrəmli yazır...
4 Mart 2022 10:32 SiyasətDünən gecə saatlarından başlayaraq Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutduğu üçün birinci enerji blokunda yanğın başlayıb. Həmin reaktorda nüvə yanacağı yoxdur, təmirə dayanıb. Zelenski bir az öncə bəyan edib ki, AES-də 6 nüvə reaktoru var və baş verəcək qəza bütün Avropanın sonu olacaq. Yanğın söndürülür. Məncə Rusiya qeyri-nüvə bloklarına "idarə olunan" atəş açaraq sadəcə qorxudur. Bu anadək radiasiya sızıntısı qeydə alınmayıb.
Putin deyir ki, Ukraynada əməliyyatlar plana uyğun gedir.ABŞ isə rus ordusunun sərhəddə yığdığı qoşunların 90%-nin hərbi əməliyyatlara cəlb edilməsinə baxmayaraq planlarının alt-üst olduğunu bəyan edib. Fransa prezidenti Makaron Putinlə düz 90 dəqiqə telefonla danışandan sonra həyat yoldaşı Bricit Makrona baxıb, həmişəki kimi dərindən bir ah çəkərək deyib ki, hər şeyin pisi hələ qabaqdadır. Putinin kini və acizliyi bəşəriyyəti üçüncü dünya müharibəsinə aparır...
Dünən 16 min əcnəbi "könüllü" döyüşçünün Ukraynada müharibəyə qatıldığı, mindən çox ABŞ dəniz piyadalarının müasir silah-sursatla təchiz edilmiş bölmələrinin şəhər döyüşlərində təcrübəsiz rus çağırışçıları "dənlədiyinə" dair xəbərlər yayılıb. Putin isə deyib ki, Ukrayna Yaxın Şərqdən terrorçular gətirib. Putin! Ataş, yaxın şərqdəkilər mənim kimi qaraqaş, qaragöz, əsmər olurlar eyy (Reklamlar bitdi, seyrə davam) bunlar hamısı sapsarıdır axı? Priçom tut Yaxın Şərq? Deyəsən Putinin çıxışını yazan protokol xidməti 44 günlük müharibədəki şparqalkasından copy+paste edib?!
Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya çox sayda vakkum bombaları yığdığını iddia edir. Bu bombalar barədə ayrıca yazacağam. Qazaxıstanın Rusiyaya silah və hərbi texnika göndərdiyinə dair görüntülər yayılıb. Bundan başqa, Belarus Ukrayna sərhəddinə bu dəfə öz qoşunlarını cəmləyir, amma yenə də and-aman eləyir ki, bir Kolyamın ölmüşü deyirəm mən müharibəyə girəsi deyiləm. Ayıf döymü, qonşuyuq. Amma hər gün də Ukraynaya raket atır. Ötən gün isə qırmızıbaş gədənin çəkdiyi süjetdə rus ordusu tərəfdən döyüşən yekəburun qonşularımızın görüntülərini paylaşmışdım. Yaxın günlərdə əsir düşmələrinin videolarını gözləyin... "Ara prostite nas Krım Ukraynadır!" filmi çok yakında sinemalarda... Netflix və Brazzzers yapımı 65+
Rusiya şirkətlərinin kapitalları işıq sürəti ilə əriyir. Yandeks, Ozon, VKontakte və digərləri yazqabağı Vosmoyun bazarında üzüm yeşiyinin üstə qulançar yığıb satsalar heç təəccüblənməyin. Xüsusən "VK"-nin birja dəyəri dib vurub. Avropada Çaykovski, Şostakoviç və Çexov kimi rus ədəbiyyatı və incəsənət nümunələrinin yayımına və çapına qadağalar tətbiq edilir. Deyəsən Rusiyanı Ctrl+shift+Delete etmək istəyirlər?!
Uzaq Şərqdə isə Çin Və Yaponiya dincəlmək bilmir. Yaponiya təkidlə Kuril adalarının ona qaytarılmasını tələb edir, Çin isə Tayvana müdaxilə üçün zəmin hazırlayır. Bir də gördük Avropa yalan olub şərqdəkilər qırırlar bir-birlərini. Vallah, mən o çinli, koreyalı yaponu bir-birinə o qədər oxşadıram ki, kinolarına da baxa bilmirəm. Filmin axırına kimi müsbət qəhrəmanın hansı olduğunu tutuzdura bilmirsən. Kino qurtarır fikirləşirsən ki, görəsən o gözüqıyıq qarapaltarlı gədəni öldürən qarapaltarlı qıyıqgöz gədə mafiya idi, yoxsa polis? Deyəsən o, o deyildi eyy yox o birisi o, idi axı. Nə isə error not found
Oğuz elində isə həmişəki kimi qızğın, vur-çatlasın alver gedir. Artıq Zelenski xalçasının, üzərində Ramzan Kadırovun nursuz şəkli olan qırağı qırçınlı tumançaların istehsalına və satışına başlanılıb. Bir ayağına Polad Ələmdarın, o biri ayağına Mematinin şəkli olan corab geyinən oğlan tanıyıram. Gör indi bunun alt paltarında kimlərin şəkli var, kimlərin?! Xanım, üzr istəyirəm sizdə putinli tumuş satılmır?. Uşağa bir razmer pampers alırsan üstündə Lavrovun BMT Baş Assambleyasındakı şəkli.
Əli Məhərrəmli