Prezident İlham Əliyev və Moldova Prezidenti arasında telefon danışığı olub
3 Mart 2022 19:49 SiyasətBu gün Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Olaylar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31