"Azərbaycanın adını sanksiya siyahılarında görmək erməni lobbisinin arzusudur və ürəklərində qalacaq"

Artıq bir  həftədən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi bütün dünyanın gündəmindədir. Bu məsələ hər kəsi narahat edir. Müharibənin sonu necə olacaq? Bu savaşın bizə nə kimi təsirləri olacaq? Tətbiq olunan sanksiyalar Azərbaycana aid ediləcəkmi? Məsələ ilə   bağlı Olaylar-a açıqlama verən siyasi ekspert Rəfail Becanov  bildirib ki, Rusiya ilə  Ukrayna arasında hərbi konfliktin olacağı istisna edilmirdi. ABŞ və Qərb ölkələri, onların kəşfiyyatı bu hücumun tarixini də müəyyənləşdirmişdilər. Danışıqlara baxmayaraq, Rusiyanı dayandıra bilmədilər. Rusiya bu hücuma çoxdan hazırlaşırdı. Lakin hesablamada səhv etmişdi. Ukrayna Gürcüstan deyildi. Ukraynaya hücumun bədəli ağır olacaqdı və oldu. Sanksiyaların əhatə dairəsi proqnozlaşdırılandan da böyük oldu. Rusiya isə,görünür, bunu əvvəlcədən nəzərə alıb. Lakin müharibəinin gedişi nəzərdə tutulan qrafiklə sonuclanmadı.

" Qərbin dəstəyi, Zelenskinin patriotluğu, Ukrayna xalqının əzmi Rusiyanın ildırımsürətli planını iflasa uğradıb. Artıq bir həftədir Rusiya Ukraynada planladığını reallaşdıra bilmir. İndiki durumda Rusiyanın qələbədən başqa yolu yoxdur. Nəyin bahasına olur-olsun qələbə qazanmasa, Rusiya parça-tikə olacaq. Mərkəzdənqaçma meyilləri o qədər sürətlənəcək ki, nəinki Putin, Stalin də dirilib gəlsə, onun qarşısını ala bilməyəcək. Ona görə də Rusiya Ukraynada qalib gəlmək haqqında düşünür. Rusiya ən azı Krım, Luqansk və Donetsk qələbəsi hesablayır.

Ukrayna çətin günlər yaşayır. 30 illik işğal yaşayan Azərbaycan qədər Ukraynanı bəlkə də heç bir ölkə başa düşməz. Ukrayna müharibədən sonra uzun illər siyasi-iqtisadi böhranla üz-üzə qalacaq. Bərpası, indiki vəziyyətə çatması üçün xeyli vaxt lazımdır. Postmüharibə dövründə Ukrayna tez-tez siyasi-iqtisadi böhran yaşayacaq. Müharibəinin nəticəsindən asılı olmayaraq, Ukrayna inkişafdan geri düşdü. Nəzəri cəhətdən Ukraynanın yaxın 20 ildə Avropanın güclü dövlətlərindən biri olacağı gözlənilirdi. Təəssüf ki, Rusiya və ABŞ-ın qarşıdurması bunu əngəlləndi. Rusiyaya qarşı koalisiya və sanksiyalar gündən-günə genişlənir. Rrusiya isə geri çəkilmək niyyətində deyil. Bu sanksiyalardan Rusiya ilə iqtisadi əlaqələri olan bütün ölkələr zərər çəkəcək. Avropa da, keçmiş postsovet ölkələri də, region ölkələri də. Türkiyə Rusiyanın əsas taxıl idxalçılarındandır. Misirin taxıl ehtiyatının az qala 80 %-ni Rusiya təmin edir. Necə olacaq?  Təbii ki, bahalaşmaya səbəb olacaq. O cümlədən bizdə də bazar dəyişiklikləri gözlənilir. Bizim ixracatda Rusiya bazarı əsas yerlərdən birini tutur. Müharibə uzanarsa, sanksiyalar müddətsiz davam edərsə, necə olacaq? Proqnozlaşdırmaq çox çətindir. Rusiyada yaşayan və işləyən azərbaycanlıların sayı müxtəlif statistikalrda müxəlifdir. 500 min, 1 milyon, bəzən 2 milyon kimi rəqəmlər səsləndirilir. Sanksiyalar hesabına qazanc yerlərini itirən azərbaycanlıların geri qayısa necə olacaq? Hökumət bu istiqamətlərdə proqramlar işləməlidir və hazır konsepsiyalarımız olmalıdır ki, arzulamadığımız vəziyyətlə üzləşməyək.

Rusiya ilə əməkdaşlıq edən, müttəfiqlik sazişi olana ölkələr Rusiyanın hər hansı aqressiv hərəkətinə görə məsuliyyət daşımır. Biz Rusiya ilə qarşılıqlı müttəfiqlik haqqnda bəyannamı imzalamışıq, hərbi əməkdaşlıq müqaviləmiz yoxdur. İndi biz niyə məsuliyyət daşımalı və ya sanksiyaların tərəfinə çevrilməliyik?

Bəzi Qərb siyasətçiləri Rusiya ilə əəməkdaşlıq edən ölkələrə qarşı da sanksiyaların tətbiqini gündəmə gətirməklə, "bulanıq suda balıq tutmaq" istəyənlərdir. Tutaq ki, Rusiya ilə əməkdaşlıq edən ölkələrdən Türkiyə nə etməlidir? Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna ordusuna dünyanın ən müasir hədəf silahı sayılan "Bayraktar"lar verib, sülh danışıqları üçün bütün imkanlarını səfərbər edib. Türkiyə daha nə etməlidir? Rusiyaya qarşı ordu çıxartmalı, ya mehmetciklər Ukraynada döyüşməlidir? Yaxud Azərbaycan nə etməlidir? Ukraynaya humanitar yardım göndərilir, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, sülh danışıqlar üçün əlindən gələni edir. İndi nə etməliyik? Rusiyaya müharibə elan etməliyik? 44 günlük müharibədə kim bizimlə bərabər Qarabağda döyüşdü? Hansı ölkə Ermənistana müharibə elan etdi? Türkiyəni demirik, çünki Türkiyə elə Azərbaycandır. Pakistan və İsraildən başqa  real dəstək gördüyümüz başqa ölkələr vardımı?

Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı da sanksiya tətbiqi təklif edənlərin Azərbaycanın adını hallandırması dünyadakı ermənipərəsət qüvvələrin düşüncəsidir. Azərbaycan dövlətini, hakimiyyətini hədəfə almaq və fürsət yaranmışkən Azərbaycanı şantaj etmək niyyəti güdürlər. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edən ölkədir. Avropa Rusiya qazından bütünlüklə imtina etmək niyyətindədir. Avropann qaz bazarına tədarük olunan qazı bəs hansı hesaba əvəzləmək mümkündür? Təbii ki, bu sırada Azərbaycan ön sıralarda yer tutur. Bizə qarşı da sanksiyalar olarsa, onda nə edəcəklər? Uzaqgörən hökumətlər belə bir niyyətə düşməz və hesab edirəm ki, o syahılarda Azərbaycanın adı olmayacaq. Azərbaycanın adını sanksiya siyahılarında görmək dünyadakı erməni lobbisinin arzusudur və ürəklərində qalacaq"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31