Şahin Seyidzadəyə vəzifə verildi
3 Mart 2022 12:00 SiyasətPrezident İlham Əliyev Əsgər Ələkbərovun "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Olaylar.az bildirir ki, sərəncamda qeyd edilir ki, Əsgər Əyyub oğlu Ələkbərov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31