Bakıdan Həştərxana növbəti reys ləğv edildi
3 Mart 2022 10:08 Siyasət"Buta Airways" aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.
Olaylar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, Mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
"Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik", - deyə məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31